“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Kukesi”nin iki futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, “Keşlə” Valon Ethem və Rüstem Hocanı heyətinə qatmaqda maraqlıdı.
Bakı klubunun yeni baş məşqçisi Mladen Milinkoviç “Kukesi”də rəhbərliyi altında çıxış edən futbolçuları yenidən sərəncamında görmək istəyir. Onlarla danışıqların futbolçular ÇL-in II təsnifat mərhələsi oyunu üçün Bakıda olan zaman aparılacağı bildirilir.

