“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin futbolçusu Besar Musolli açıqlama verib. Albaniya klubununun kosovolu futbolçusu cavab oyunu öncəsi bunları deyib:
“İlk oyunda qapını toxunulmaz saxlamaq vacib idi. Biz istəyimizə nail aldıq, çünki qol buraxmadıq. Baxmayaraq ki, biz də fərqlənmədik. Onlar təzyiq altında oynayacaqlar, çünki qol vurmağa çalışacaqlar. Səfərdə oynayacağıq və çox əziyyət çəkəcəyik, bunu yaxşı dərk edirik. “Qarabağ” bu oyunda daha güclü olacaq. Biz mərhələ adlamaq üçün mübarizə aparacağıq. Qrup mərhələsi bizim xəyalımızdı”.
Komandalar arasındakı ilk oyunda hesab açılmayıb. Cavab görüşü sabah saat 21:00-da baş tutacaq.

