İdman

Uşağına görə “Qarabağ”a gəlməkdən imtina etdi

Bir müddətdir ki, adı “Qarabağ”la hallanan Şimali İrlandiya millisinin hücumçusu Kayl Laffertinin Ağdam klubuna keçidi baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, “Harts”ın hücumçusu ailə məsələsinə görə, ölkəmizə gəlməkdən imtina edib.

Belə ki, Laffertinin həyat yoldaşı hamilədi. O, uşağını məhz Şotlandiyada dünyaya gətirmək və orda böyütmək istəyir.

Buna görə də, “Qarabağ”dan gələn təklifə müsbət yanaşmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43