İdman

“Real”ın futbolçusu “Korintians”da

“Real” hücumçusu Serxio Diası karyerasını Braziliyada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, paraqvaylı futbolçu icarə əsasında Braziliyanın “Korintians” klubunda çıxış edəcək.

25 yaşlı Diasla 1,5 illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə “Serro Porteno” klubundan transfer edilən Dias “Real”ın ikinci komandası olan “Kastilyo”da 36 oyuna çıxıb və 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43