“Milan”ın hücumçusu Andre Silva “Qalatasaray”a keçməyə yaxındı.
İdmanxeber.com-un məlumatına görə, İstanbul klubu portuqaliyalı forvardı icarəyə götürəcək. Hücum xəttinə Qonsalo İquaini cəlb etmək istəyən “rossoneri” istənilən səviyyədə çıxış etməyən Silvanı göndərməyə razılaşıb.
Portuqaiyalı hücumçu keçən ilin yayından “Milan”ın formasını geyinir. O, meydana çıxdığı 24 matçda cəmi 2 qol vura bilib.