Bu gün “Qarabağ”la qarşılaşacaq “Kukesi” futbolçuları mərhələ adlayacağı təqdirdə mükafat qazanacaqlar.
İdmanxeber.com-un məlumatına görə, Albaniya klubunun prezidenti Safet Qyiçi komandaya 150 min avro mükafat söz verib. Əgər “Kukesi” 3-cü təsnifat mərhələsinə vəsiqə qazansa, UEFA-dan 1 milyon 440 min avro gəlir əldə edəcək. Bunu yaxşı başa düşən klub başçısı sözügedən mükafgatı futbolçulara söz verib.
Xatırladaq ki, klub prezidenti 1-ci təsnifat mərhələsində Malta “Valletta”sını keçdiyi üçün komandaya 100 min avro mükafat vermişdi.

