Kocaelinin Darıca ilçəsini təmsil edən klub artıq azərbaycanlıların idarəçiliyindədir.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbol funksionerləri Rəsul Şükürsoyla, Nail Zeynalov Rusiyada yaşan iş adamlarının dəstəyi ilə Türkiyənin 2-ci liqasında çıxış edən “Darıca Gənçlərbirliyi” klubunu satın alıb. Bu barədə məlumatı Nail Zeynalov öz “feysbuk” hesabından verib. O, Qurban bayramından sonra təhvil-təslim prosesinin bitəcəyini bildirib.
Qeyd edək ki, 1934-cü ildə yaranan klub, oyunlarını Darıca ilçə stadionunda keçirir.