Oyunçular Amerikada oynamaq istəmirlər.
Bu mövsüm La Liqanın bəzi oyunlarının Amerikada keçiriləcəyi ilə bağlı İspaniya Futbol Federasiyası açıqlama vermişdi. Amerikanın nüfuzlu “Relevan Qrub” şirkəti ilə 15 illik müqavilə bağlayan federasiyanın bu qərarı heç də bir mənalı qarşılanmayıb. Çempionatın 20 komandasının kapitanları qərara etiraz edərək, matçların orada keçirilməsinə qarşı çıxıblar. Futbolçular bununla bağlı İspaniya Futbol Federasiyasına rəsmi müraciət də ediblər. Oyunçuların bu gözlənilməz etirazı qarşısında Federasiya təmsilçilərinin hansı qərarı verəcəyi maraqla gözlənilir.
İdmanxeber.az