Topaz Premyer Liqasının 3-cü turunun oyunları üçün hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ınn PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi görüşü olan “Qarabağ” – “Neftçi” matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Digər təyinatlar isə aşağıdakı kimidir:
25 avqust (şənbə)
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu, 18:00
“Zirə” – “Sabah”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev
“Dalğa Arena”, 20:30
26 avqust (bazar)
“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
“Azersun Arena”, 20:30
“Keşlə” – “Səbail”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov
“ASK Arena”, 18:00