Terri məşqçiliyə başladı.
İngiltərə mətbuatının aydığı xəbərə görə, bir neçə gün öncə karyerasını bitirdiyini açıqlayan əfsanəvi futbolçu Con Terri məşqçiliyə başlayıb. O, “Aston Villa” klubunda baş məşqçinin köməkçisi kimi çalışacaq.
Qeyd edək ki, 37 yaşlı Con Terrinin futbolçu kimi son klubu da məhz “Aston Villa” olub. O, ötən mövsüm bu komandada 36 oyun keçirib və 1 qol vurub