08 İyul 2026
Ölkə futbolu

Elşad Əhmədov: “Bu oyuna fərqli hazırlaşmışdıq”

Topaz Premyer Liqasının 8-ci turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun gününün ilk oyununda “Sabah” “Sumqayıt”ın qonağı olub. Görüşün ardından qonaq komandanın baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

“Çox gərgin oyun oldu. Bu cür də olacağını bilirdik. İkinci hissə rəqib bizi üstələdi. Rəqib azlıqda qalmasına  baxmayaraq yaxşı oyun oynadı. Ancaq istənilən halda qalib gəldiyimiz üçün çox xoşbəxtik. Oyunçularımı təbrik edirəm”.

– İkinci hissə rəqibiniz sizi çox üstələdi . Bunu nə ilə əlaqələndirirsiniz ?

-Oyunçularım bu oyuna çox fərqli hazırlaşmışdılar. İlk dövrədə bu komandaya fərqli məğlub oduq. Bunun üçün bu oyunda oyunçularımın daha da istəkli olması normal idi. Yenə də uduzmaq istəmirdik. Onun üçün biraz daha ehtiyatlı oyuna üstünlük verdik. Oyunçularda bu oyun üçün o qədər çox istək var idi ki, 4 sarı vərəqə aldıq.  Etiraf edirəm ki, 4 sarı vərəqə çox oldu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43