Topaz Premyer Liqasının 9-cu turunda qeydə alınan azarkeş sayı bəlli olub. “Əlincə Arena”da debütant “Sabah” – “Zirə” matçını (2:1) stadionda 1000 nəfər izləyib. İlk gündə “Dalğa Arena”da baş tutan “Sumqayıt” – “Qəbələ” matçında 200, “Bayıl Arena”da reallaşan “Səbail” – “Keşlə” qarşılaşmasında (2:1) 450 azarkeş qeydə alınıb.
Turun mərkəzi oyunu olan “Neftçi” – “Qarabağ” görüşünü isə 4000 azarkeş izləyib.
9-cu turda ümumilikdə 5650 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1412,5 fanat deməkdi. “Neftçi” – “Qarabağ” matçında qeydə alınan rəqəm isə mövsümün ikinci ən yaxşı göstəricisidi. Daha əvvəl yalnız VI turun “Sabah” – “Qarabağ” görüşündə bundan yüksək rəqəm qeydə alınıb. Həmin oyunu 4500 nəfər izləyib.