25 Noyabr 2024
Kateqoriyasız

“TOPAZ”: millimiz üçün qələbədən başqa yol yoxdur

UEFA Millətlər Liqasında həyəcan davam edir. Bu gün keçiriləcək 7 qarşılaşma ilə yarışda daha bir tura yekun vurulacaq. Sabahdan isə sonuncu turun oyunları başlayacaq. Bu günkü oyunlar arasında Azərbaycan azarkeşi üçün ən əhəmiyyətlisi təbii ki, milli komandamızın matçıdır. Yığmamız Bakı Olimpiya Stadionunda Farer adalarını qəbul edəcək. Qrup qalibi olmaq və pley-offa yüksəlmək şansını saxlamaq üçün bu görüşdə komandamızı yalnız qələbə qane edir. Səfərdə keçirilən ilk oyunda millimiz bu komandaya 3 cavasız qolla qalib gəldiyindən Bakıdakı görüşdə yığmamızın favorit sayılması məntiqəuygundur. Komandamız oyuna tam heyətlə hazırdır, zədəli futbolçumuz yoxdur. Saat 21-də başlanacaq qarşılaşmaya Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”da həm “təkli”, həm də canlı olaraq mərc edə bilərsiniz. Əmsallar: Azərbaycanın qələbəsi 1.55, heç-heçə 3.45, Farer adalarının qələbəsi 5.75.

Millətlər Liqasının digər oyunlarına gəlincə, Milanın məşhur “San Siro” arenasında keçiriləcək İtaliya-Portuqaliya görüşü həlledici xarakter daşıyır. Qrupda son oyununu keçirən İtaliya liderliyə yüksəlmək üçün hesabında 6 xalı olan portuqallara mütləq qalib gəlməlidir. Amma hətta bu baş verərsə, “Skuadra Adzurra” özünü rahat hiss edə bilməz. Çünki Portuqaliyanın qarşıda hələ bir görüşü də var və həmin oyunda onlar Polşaya qalib gələrsə, pley-offa vəsiqəni təmn edəcəklər. Xatırladaq ki, tərəflər arasındakı ilk oyunda Kriştianu Ronaldonun komandası 1:0 hesablı qələbə qazanmışdı. “Topaz”da həm “təkli”, həm canlı mərc edə biləcəyiniz bu qarşılaşmanın əmsalları belədir: İtaliyanın qələbəsi 2.15, heç-heçə 3.00, Portuqaliyanın qələbəsi 3.30.

Şənbə gününün oyunları sırasında Serbiya-Monteneqro matçı da prinsipial əhəmiyyət daşıyır. Vaxtilə bir dövlətdə birləşən bu iki ölkə indi rəqib kimi üz-üzə gələcək. 4 turdan sonra serblərin aktivində 8, Monteneqronun 7 xalı var. Qələbə hər iki tərəfə hava-su kimi vacibdir. Çünki 3-cü sıradakı Rumıniyanın 6 xalı var və onlar bu tur autsayder Litvaya qalib gələrsə, hətta liderliyi belə ələ keçirə bilər. Belqradda keçiriləcək və saat 18-də başlanacaq oyuna “Topaz”da “təkli” və canlı mərc etmək mümkündür. Əmsallar: Serbiyanın qələbəsi 1.30, heç-heçə 3.90, Monteneqronun qələbəsi 7.60.

Millətlər Liqasının görüşləri də daxil olmaqla “Topaz”ın şənbə proqramında 29 “təkli” oyun var. Onların sırasında İngiltərənin aşağı liqalarının qarşılaşmaları və yığma komandaların yoldaşlıq görüşləri də var. Ümumilikdə isə noyabrın 17-də “Topaz”da mərc etməniz üçün 308 oyun arasından seçim edə bilərsiz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43