25 Noyabr 2024
Dünya futbolu

UEFA Nazarovun qolu ilə bağlı qərarını dəyişdi

UEFA  Farer adalarına qalib gəldiyi oyunla (2:0) bağlı növbəti qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, Millətlər Liqasında doğma meydanda Farer adalarını məğlub etdiyimiz görüşdə Dmitri Nazarovun vurduğu qolu UEFA ilk öncə avtoqol kimi dəyərləndirmişdi.

Belə ki, Nazarovun zərbəsi müdafiəçinin ayağından qapıya daxil olduğuna görə qol  Raqnar Nattestadın passivinə avtoqol kimi qeydə alınmışdı.

Ancaq daha sonra qrum bu qərarını dəyişərək qolu Dmitri Nazarovun ayağına yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43