“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıqlarını davam etdirir.
İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələni başa vurub.
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda doğma arenadakı hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” klubun U-19 komandasını sınağa çəkib.
Qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Adeniyinin het-trik etdiyi matçda digər qollara Rauf Əliyevlə Stiven Monroz imza atıb.
Bu oyunla Qəbələ hazırlığın yekunlaşdıran “qırmızı-qaralar” Bakıya yollanıb.
Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda səfərdə “Keşlə” ilə üz-üzə gələcək.