“Keşlə” daha iki futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
İdmanxeber.az klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi yarımmüdafiəçilər – Elnur Cəfərov və Məmməd Quliyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, “Keşlə” bundan əvvəl Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis və Herve Tçamini də göndərib.