19 yaşadək futbolçulardan ibarət milli komandamızda baş məşqçi dəyişikliyi olacaq.
Bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən gələn ildən yığmaya Samir Əliyev rəhbəlik edəcək.
Bu addım 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək yığmamızın hazırlıq prosesinə start verilməsi məqsədilə atılıb.