25 Noyabr 2024
Dünya futbolu

Qriqorçuk “Astana”ya qayıdır

“Astana”nın baş məqşçisi Roman Qriqorçuk yanvarın 15-dən etibarən komandanın başında olacaq.

Bir müddətdir şəxsi işlərinə görə ölkəsində olduğu bildirilən ukraynalı mütəxəssisin yenidən Qazaxıstana qayıdacağı bildirilib.

Bu barədə klubun vəzifəsindən yeni ayrılmış prezidenti məlumat verib. O, Qriqorçukun yenidən komandanı çalışdırıcağını və Qriqori Babayanın da köməkçi məşqçi olacağını bildirib.

Qeyd edək ki,  Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni  çalışdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43