25 Noyabr 2024
Dünya futbolu

İbrahim Şehiç: “Trabzonspor”da oynamağa hazıram”

Türkiyənin “Erzurumspor” klubunda forma geryinən bosniyalı qapıçı İbrahim Şehiçin komandasından ayrılacağı gündəmə gəlib.

Təcrübəli qapıçı komandasında yaranan maliyyə problemlərinə görə klubu ilə yollarını ayırmaq istəyir. Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, Şehiçin yeni adressi Qaradəniz təmsilçisi “Trabzonspor” ola bilər. Bununla bağlı açıqlama verən 30 yaşlı oyunçu “Trabzonspor”da oynamağa hazır olduğunu bildirib.

İbrahim Şehiç ötən mövsüm “Qarabağ”dan ayrılaraq “Erzurumspor”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43