Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” əsas komandaya bir neçə gənc oyunçu cəlb edib. Onların arasında Qurban Qurbanovun oğlu Musa Qurbanov da var.
17 yaşı hələ tamam olmayan mərkəz hücumçusu U-19 millimizin üzvüdür. O həmçinin, Ağdam klubunun əvəzedici heyətində oynayır.
Qeyd edək ki, ötən gün Türkiyəyə yollanan “Qarabağ” yanvarın 27-dək hazırlıq keçəcək.