Karyerasını “Bavariya”da davam etdirən kolumbiyalı futbolçu Xames Rodriqes gələcəyindən danışıb.
İdmanxeber.az xəbər verir ki, müqavilə ilə “Real”a məxsus olan 27 yaşlı yarımmüdafiəçi karyerasını Bundesliqa klubunda davam etdirmək istədiyini deyib: “Karyeramı hansı klubda davam etdirəcəyimi bilmirəm. “Bavariya”da xoşbəxt olduğumu deyə bilərəm. Burada qalmaq istəyirəm. Növbəti həftə nələr olacağını görəcəyik”.
Qeyd edək ki, Xames başa çatan mövsüm Bundesliqada 28 oyuna 7 qol vurub, 6 assist edib.