“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov karyerasını Polşada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, millimizə də çağırılan 24 yaşlı forvard Polşanın “Lex” klubunun maraq dairəsinə düşüb. İddia olunur ki, Poznan təmsilçisi yaxın günlərdə Abbasov üçün “Neftçi” ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, “Səbail” də M.Abbasovu heyətinə qatmaqda maraqlıdı.