Adı “Qarabağ” və “Neftçi” ilə birgə hallanan “Botoşani”nin yarımmüdafiəçisi Dieqo Fabbrininin Azərbaycana gəlişi çox güman ki, baş tutmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı italiyalı futbolçu karyerasını Rumıniyanın digər komandası – “Dinamo”da davam etdirəcək. Buxarest klubu Fabbriniyə yüksək məvacib söz verib. Bu baxımdan da bu transfer reallaşsa o, “Dinamo”nun ən yüksək ödənişli oyunçusu olacaq.