“Barselona” 9 futbolçusu ilə yolları ayırır.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Sport” qəzeti xəbər yayıb. Məlumatda bildirilir ki, Kataloniya klubundan Yasper Sillessen, Ceyson Murilyo, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filippe Koutinyo və Kevin-Prins Boatenq göndəriləcək.
İddia olunur ki, klubun prezidenti Xosep Mariya Bartomeu və kapitanı Lionel Messinin Ernesto Valverdenin baş məşqçi postunda qalmasını istəmədiyi vurğulanıb.