“Neftçi” yay təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyəyə gedib.
İdmanxeber.az klubun rəsmi Feysbuk səhifəsində istinadən xəbər verir ki, iyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik məlumat verilməyib.