23 Dekabr 2024
Ölkə futbolu

“Sumqayıt”ın futbolçusundan gözlənilməz qərar: “Heç vaxt ağlıma gəlməzdi ki…”

“Sumqayıt”ın futbolçusu Nicat Qurbanov karyerasını başa vurub.

O, 27 yaşında futbolla vidalaşmağa verib. Qurbanov sosial şəbəkə hesabında getmək vaxtının yetişdiyini qeyd edib:

“Heç vaxt ağlıma gəlməzdi ki yazacağım qərarı belə tez açıqlayacam. Bəzən həyat adamı öz sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəkilimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa dəstəkləyən hamıya təşəkkürümü bildirirəm!”

27 yaşlı futbolçu “Neftçi”nin yetirməsidi. Nicat Qurbanov “Simurq”, AZAL, “Zirə” və “Kəpəz” klublarında da çıxış edib. Nicat Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43