Son olaraq Rusiyanın “Krılya Sovetov” klubunda çıxış edən Aleksandr Səmədov karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, azad agent statusu daşıyan 34 yaşlı yarımmüdafiəçi oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmayıb.
Qeyd edək ki, “Spartak”ın yetirməsi olan Aleksandr Səmədov paytaxtın “Lokomotiv”, “Moskva” və “Dinamo” klublarında da çıxış edib. Təcrübəli oyunçu 2011-2018-ci illərdə Rusiya yığmasında forma geyinib. Səmədov DÇ-2018-dən sonra milli karyerasını başa vurub.