“Sent-Mirren”in icraçı direktoru Toni Fitzpatrik qapıçıları Vatslav Qladki üçün “Qarabağ”dan təklif aldıqlarını təsdiqləyib.
İdmanxeber.az-ın məlumatına görə, Şotlandiya klubunun rəsmisi çexiyalı qolkiperi komandada saxlamaq istədiklərini söyləyib: ” Qladkiyə maraq böyükdür. O, yaxşı qapıçıdır. Onu izləyən çoxlu klub var. “Qarabağ”dan aldığımız təklifi qəbul etmədik. Çünki onu komandada saxlamaq istəyirik. Qladki ilə yeni müqavilə imzalamağı düşünürük. O, pulla idarə olunmur”.
Qeyd edək ki, “Qarabağ”ın bu transfer üçün ilk olaraq 200 min funt-sterlinq təklif etdiyi iddia olunub. Ağdam klubunun 28 yaşlı oyunçu üçün yeni müqaviləyə hazırlaşdığı bildirilib.