Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə 14:00-da baş tutan tədbirdə III təsnifat mərhələsində üz-üzə gələcək APOEL – “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşib.
Beləliklə APOEL – “Qarabağ” cütünün qalibi PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi /PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya)