22 Dekabr 2024
Kateqoriyasız

“Rəqib 9 nəfərlə müdafiə olunurdu” – Bordin

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi” öz meydanında İsrailin “Bney Yehuda” klubu ilə heç-heçə edib – 2:2.

İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra paytaxt klubunun italiyalı baş məşqçisi Roberto Bordin görüşlə bağlı fikirlərini bölüşüb.

Təcrübəli çalışdırıcı oyun haqda bunları dedi:

“Əlbəttə ki, çalışırdıq oyunda diqtə edən tərəf biz olaq. Ancaq ilk 20 dəqiqədə rəqib bizi əks hücumlarda tutub qol vurdu. Uşaqların oyunun ilk dəqiqəsindən son dəqiqəsinə kimi göstərdiyi xarakteri alqışlayıram. Çalışırdılar ki, nəticəni lehimizə dəyişək. Rəqib komanda 9 nəfərlə müdafiə olunurdu. Belə olanda hücum etmək də çətin olurdu.

Çox güman ki, cavab oyunda da rəqib eyni taktika ilə oynayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43