Avropa Liqasında mübarizə aparan “Neftçi” III təsnifat mərhələsində bu gün “Bney Yehuda” ilə cavab görüşünü keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, doğma azarkeşləri önündə 2:2-lik heç-heçə edən Roberto Bordinin yetirmələri pley-offa vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdı.
Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” “Bney Yehuda” səddini keçəcəyi halda, pley-off-da “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
16 avqust
Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” – 2:1
Qollar: Don Jan, 14 (1:0), Tamqi Saqas, 66 (2:0), Emin Mahmudov, 90+3-pen (2:1)
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua
İlk oyun – 2:2