zərbaycan milli komandasının üzvü Dmitri Nazarov AÇ-2020-nin seçmə mərhələsində Uelsə 1:2 hesabı ilə uduzduğu oyunu şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, Nazarov Uels yığmasının kapitanı Qaret Beyllə formasını dəyişdirdiyini də deyib. 29 yaşlı futbolçu ilk təklifin “Real”ın ulduzundan gəldiyini deyib:
“Uelsdə son dərəcə acı verən qollar buraxdıq. İki qəribə qolla uduzduq. Bu, qəribə idi.
Beyl mənə yaxınlaşdı, performansımı təriflədi və formalarımızı dəyişmək istəyib-istəmədiyimi soruşdu”.
Milliləşdirilmiş futbolçu yığmanın bu gün Xorvatiyaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:
“Dövlət himni səslənəndə tüklərim biz-biz oldu. İkinci Bundesliqada oynaya-oynaya nə vaxt İvan Perişiç və Luka Modriçə oynamaq şansın olur?”