Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun rəmzi “11-liy”i müəyyənləşib.
“Qarabağ”dan da bir futbolçu siyahıda yer alıb.
“Düdelanj” üzərində Lüksemburqda böyükhesablı qələbə qazanan ağdamlıların ispan yarımmüdafiəçisi Dani Kintana 1 qol və 1 asistlə diqqət çəkib.
Rəmzi “11-lik”
Qapıçı: Plamen İliev (“Ludoqores”)
Müdafiəçilər: Boli Bolinyoli (“Seltik”), Rafael Forster (“Ludoqores”), Evan Ndika (“Ayntraxt”), Kiran Terni (“Arsenal”)
Yarımmüdafiəçilər: Məhəmməd Elyunussi (“Seltik”), Dani Kintina (“Qarabağ”), Bruno Fernandeş (“Sportinq”), Qabriel Martinelli (“Arsenal”)
Hücumçular: Donyell Malen (PSV), Umar Sadiq (“Partizan”)