“Qarabağ” AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun koronavirusla mübarizə çərçivəsində futbolumuzda başladığı “Evdə qal” kampaniyasına qoşulub.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş meneceri Asif Əsgərov öz evində topu çiləməklə E.Məmmədova cavab verib. O, sonda estafeti “Qarabağ”sevərlərə ötürüb.