Kateqoriyasız

“Neftçi”nin legioneri milliyə çağırıldı

Qvineya milli komandasının Afrika Millətlər kubokunda Namibiya və Mali ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Didye Siks “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kaneyə də dəvət göndərib. Kane, millinin qarşıdakı iki oyunu üçün heyətə çağırılıb.

Qvineya millisi martın 22-də Malini qəbul edəcək, martın 30-da isə Namibiyanın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43