Bu gün AVRO-2020-də 1/8 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə 2 matç keçirilib.
Əvvəlcə İngiltərə Almaniya ilə üz-üzə gəlib. 2 cavabsız qolla qalib gələn ingilislər 1/4 finala çıxıb.
Günün son matçında İsveç Ukrayna ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Ancaq əlavə vaxtın sonlarında Ukrayna daha bir qol vuraraq tarixində ilk dəfə 1/4 finala çıcıb. Burda Andrey Şevçenkonun komandası İngiltərə ilə üz-üzə gələcək.
AVRO-2020
1/8 final
29 iyun
20:00. İngiltərə – Almaniya – 2:0
Qollar: Sterlinq, 75, Keyn, 86
23:00. İsveç – Ukrayna – 1:2 (əsas vaxt – 1:1)
Qollar: Forsberq, 43 – Zinçenko, 27, Dovbuk, 120+1
Qırmızı vərəqə: Danielson, 98 (İsveç)
2 iyul
20:00. İsveçrə – İspaniya
Sankt Peterburq
23:00. Belçika – İtaliya
Münhen
3 iyul
20:00. Çexiya – Danimarka
Bakı
23:00. Ukrayna – İngiltərə
Roma