23 Dekabr 2024
Kateqoriyasız

Azarkeşləri “Qarabağ”ı ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının saytında dərc olunan qərarlarda bildirilir ki, Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

Qərarda həmin oyunda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunduğu da qeyd edilib.

Bundan başqa, Premyer Liqanın 25-ci turunun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. “Qarabağ” azarkeşləri “Sabah” klubunun rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43