İspaniya La Liqasının son – 38-ci turunda “Real” öz meydanında “Betis”i qebul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu matç İsko, Beyl və Marselo üçün “Real”da son oyun olacaq. Sözügedən futbolçular sonuncu dəfə “Santyaqu Bernabeu”da meydana çıxacaqlar. “Kral klubu” hər üç futbolçu ilə müqavilə yeniləməyib.
Qeyd edək ki, “Real” – “Betis” oyunu mayın 20-də keçiriləcək.