“Borussiya” baş məşqçisi Marko Roze ilə yolları ayırıb.
İdmanxeber.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Almaniyalı baş məşqçi ilə yanaşı, köməkçiləri də komandanı tərk ediblər.
Qeyd edək ki, Marko Roze 2021-ci ilin fevralında “Borussiya”nın sükanı arxasına keçmişdi.