“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə yollarını ayırıb.
İdmanxeber.az saytının məlumatına görə, paytaxt klubu 10 gün əvvəl 1 illik müqavilə imzaladığı baş məşqçi ilə yola davam etmək istəməyib.
Məlumata görə, ayrılığın əsas səbəblərindən biri Premyer Liqanın 28-ci turu çərçivəsində komandanın “Sumqayıt”a 0:5 hesabı ilə uduzması olub.