İtaliya millisi 2022/23 mövsümü üçün ev formasını təqdim edib.
Komandanın yeni dəsti mavi – ənənəvi rənglərdə hazırlanıb. Formanın yaxasında yaşıl, ağ, qırmızı zolaqlar var.
Köynəyin sağ hissəsində İtaliya millisinin, sol hissəsində isə “Puma”nın emblemi yer alıb.