Zaur Axundovun “Şamaxı”nın Müşahidə Şurasının sədri vəzifəsindən ayrılmasından sonra komandaya kimin rəhbərlik edəcəyi sual olaraq qalmaqdadı.
İdmanxeber.az-ın məlumatına görə, komanda təmsil etdiyi Şamaxıda toplaşsa da, konkret olaraq yaranmış sualları cavablandıracaq şəxslər yoxdu. Bu həftənin sonuna kimi yeni rəhbərliyin ictimaiyyətə təqdim olunması gözlənilir.
Əldə etdiyimiz digər bir məlumata görə, klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun da istefa verməsi gözlənilir. Çox güman ki, yeni rəhbərlik tam olaraq öz komandası ilə “Şamaxı”da təmsil olunacaq.