22 Dekabr 2024
Kateqoriyasız

CAS Nurlan İbrahimovla bağlı qərar tarixini yenə dəyişdi

İdman Arbitraj Məhkəməsi (CAS) Nurlan İbrahimovla bağlı qərar tarixini növbəti dəfə dəyişib.

İdmanxeber.az xəbər verir ki, proses avqustun 11-dək uzadılıb. Bu barədə “Qarabağ”ın sabiq mətbuat katibinin vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb.

Nurlan İbrahimov Vətən müharibəsi zamanı Bərdəyə atılan raketdən sonra yazdığı feysbuk statusuna görə FIFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43