“Qarabağ” aparıcı futbolçularından olan Kadi Borgesə gələn təklifləri geri çevirib.
İdmanxeber.az-ın məlumatına görə, son olaraq Kiprin “Pafos” klubunun müraciətinə “yox” cavabı verilib. Qarşı tərəf Kadinin transfer üçün 400 min avro təklif etsə də, Ağdam təmsilçisi futbolçusunu mövsümün sonuna kimi satmamağı qərara alıb.
26 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la sözləşməsi 2023-cü ilin yayına qədərdir.