23 Dekabr 2024
Kateqoriyasız

PFL Almaniya şirkəti ilə danışıq aparır

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın bir neçə ildir, sponsorsuz qaılması ilə bağlı danışıb.

İdmanxeber.az xəbər verir ki, o, yeni mövsümün püşkatma mərasimindən sonra mətbuat konfransında bildirib ki, hazırda bir Almaniya şirkəti ilə danışıqlar gedir:

“Kim gəldi, biz imtina etdik? Bəlkə, düşünürsüz ki, biz böyuük məbləğ tələb edirik. İndiyə qədər işlədiyimiz şirkətlərlə maraqlana bilərsiz, onarın işıqlanmasında PFL-in çox böyük zəhməti var. Həmin rəhbərlər də bunları danmır. Bütün dünyada maddi problemlər var. Bu, bizim günahımız deyil, Allahın işidir. Mən heç vaxt yalan danışmamışam. Hazırda Almaniyadan bir şirkətlə danışıqlar gedir. Amma adını hallandırmayaq. Bəlkə alınmadı heç. Minimum qiymət demişik, məbləğdə 70-80 faiz razılaşıblar. Nə şərtlər deyiblər, razılaşmışıq. Amma başqa şey olsa, gedib yalvarası deyilik. Ötən mövsüm sponsorluq təklifi var idi. Sadəcə olaraq, bəlkə də həmin sponsorun bizə uyğun olmamasına görə razılıq verilmədi. Hazırda yeni şirkətlə danışıqlar gedir. İstəsəz yazışmaları göstərə də bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43