Azərbaycanlı futbolçu Kərim Diniyev 28 yaşında karyerasını bitirib.
İdmanxeber.az xəbər verir ki, son olaraq “Şamaxı”da çıxış edən futbolçu bu klubdan ayrıldıqdan sonra başqa komandalardan cəlbedici təklif almadığından bu qərara gəlib.
“Neftçi”, “Sumqayıt”, AZAL, “Kəpəz”, “Səbail”, “Sabah”, “Zirə” və “Şamaxı”da çıxış etmiş müdafiəçi Azərbaycanın U-21 yığmasında 4 oyuna çıxıb.