“Çox yaxşı oyun göstərdik. Belə də davam etməliyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Rapid” (Vyana) komandasının futbolçusu Qvido Burqştaller evdə Lustenau “Austriya”sı ilə 1:1 heç-heçə etdikləri Avstriya Bundesliqasının III tur matçından sonra deyib. O, daha sonra belə davam edib:
“Bu görüşdəki imkanları yarada bilsək, “Neftçi” ilə oyun daha da yaxşı keçəcək. Çalışıb bunun öhdəsindən gəlməliyik”.
Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıdakı ilk qarşılaşmasında “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.