24 İyun 2026
Ölkə futbolu

“Heç-heçəni sərfəli nəticə kimi qəbul edirik”

“İlk hissədə hücum edib,  “Qarabağ”ı bir az da qəzəbləndirmək istəyirdik”.

İdmanxeber.az məlumatına görə, bunu Çexiya klubu “Viktoriya”nın (Plzen) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Görüşün əvvəlində şanslarımız var idi. İkinci hissə heç nə yarada bilmədik. Ancaq yenə də heç-heçəni sərfəli nəticə kimi qəbul edirik”.

Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda bunları deyib: “Revanş oyununda olmayacağım üçün azarkeşlərdən üzr istəyirəm. Amma inanıram ki, komanda yoldaşlarım bu işin öhdəsindən gələcəklər”.

Qeyd edək ki, cavab görüşü avqustun 23-də Plzendə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43