25 İyun 2026
Kateqoriyasız

17 il sonra…

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

“İdmanxeber” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” – “Neftçi” matçında bir komandanın qapısına üç penalti zərbəsi təyin edilib.

Meydan sahibləri bu üç imkanın ikisindən yararlanıb.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006 mövsümünün “Gənclərbirliyi” – “Şahdağ” görüşündə də qonaqlar cəzalanıb.

2005-ci il dekabrın 10-da keçirilmiş görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43