UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Türkiyənin “Trabzonspor” klubu öz meydanında Danimarka “Kopenhagen”i ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi ilk oyunda rəqibinə 1:2 uduzduğu üçün bu matçda mütləq qələbə qazanmalı idi. Lakin komanda bunun öhdəsindən gələ bilməyib – 0:0. Bu heç-heçə “Kopenhagen”i ÇL-in qrupuna daşıyıb.
“Trabzonspor” isə yoluna Avropa Liqasında davam edəcək. Türkiyə klubu təmsilçimiz “Qarabağ”ın potensial rəqibi olub.
Qeyd edək ki, Avropa Liqasının püşkatması avqustun 26-da keçiriləcək.
“Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 0:0
İlk oyun – 1:2

